Ağstafa rayonu Qarahəsənli kəndində şəhid Babayev Orxan Sarvan oğlunun xatirəsinə inşa olunan “Şəhidlər bulağı” istifadəyə verilib.

“Qərb Xəbər”in məlumatına görə, 20 yaşlı Orxan Babayev Füzulidən Xocavəndə qədər döyüş yolu keçib. Noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.