Qazaxın Şıxlı kənd sakini Zaur Məmmədovu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qərb Xəbər”in məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü Sənan Məmmədov həbs olunub.

Hadisə Şıxlı kəndində baş verib. Kənd sakini Zaur Məmmədov mübahisə zəminində bıçaqlanıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.