“Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mənə görüşün çox yaxşı və məhsuldar keçdiyini bildirdi”.
“Anadolu” agentliyinin xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Türkmənistandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, bu görüş sayəsində Araz çayı boyunca dəmir yolu və quru yolunun inşası məsələsi də həll olunub.