“Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır”.
“Qərb Xəbər” xəbər verir ki, bunu İqtisadi İnkişaf Nazirliyi Mikayıl Cabbarov bildirib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan İqtisadçı Fərid Mehralızadə bildirib ki, qiymət artımına vətəndaşlardan çox dövlət hazırlaşmalıdır: “təbii ki ölkə təhlükəzizliyi ilə bağlı daha ciddi hazırlıqlara ehtiyac var. Beynəlxalq Beyin Mərkəzidə belə düşünür. Demək olar ki, bir çox ölkə gələcəkdə qida qıtlığı təhlükəsizliyi üçün ərzaq məhsullarının ixracına məhdudiyyətlər qoyub. Ölkələr məhsuldarlığın artırılması üçün qida qıtlığı zamanı daha çox yerli istehsalla təmin olunacaq”.
İqtisadçı qeyd edib ki, qiymət artımı əhalinin güzəranına çox ciddi təsir edə bilər:”Satistika komitəsindən verilən məlumata görə əhali aylıq gəlirinin təxminən 55 faizini qida və ərzaq məhsullarına xərcləyir. Bu halda isə ölkələr arasında infilyasiyanın dahada kəskinləşməsi əhalinin sosial rifahının aşağı düşməsinə gətirib çıxaracaq. Əhalinin sosial rifahının aşağı düşmməsi üçün isə minimum əmək haqqlarını və minimum pensiyaları tələblərə görə uyğunlaşdırmaq lazımdır”.
Ülviyyə Həsənli.
Qərb Xəbər.