Çərşənbə axşamı, Aprel 13, 2021.
Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib.
2021-ci ilin martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 917,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 1,9% çox olub. Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumata görə, ötən ilin eyni dövrü...
Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır. Bu barədə Reporta Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Əsassız qiymət artımına yol verilməklə istehlak bazarının iştirakçılarının hüquqlarının pozulmasına gətirib çıxaran hərəkətlərə yol verən sahibkarlıq subyektləri barədə ciddi məsuliyyət tədbirləri görüləcək. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumata...
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 82 milyon manatlıq tikinti materialları istehsal olunub ki, bu da illik müqayisәdә 13,2 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, 2 ay ərzində ölkədə 410,6 min...
Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir.Nazirliyin yaydığı məlumata görə, monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 45,348 fermerə əkin subsidiyası ödənilib. Bununla da, müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış...
2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən,...
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb. Bu barədə nazirlik məlumat yayıb. Məlumatda deyilir ki, dizel yanacağının...
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 12 019 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Fevralın 25-də Avropa İttifaqının maliyyə dəstəyi ilə "Bərdə Peşə Liseyinin Modernləşdirilməsi" layihəsi çərçivəsində kənd təsərrüfatı sahəsində dövlət və özəl sektor nümayəndələri, peşə məktəblərinin müəllim və mühəndis pedaqoji heyəti, fermer və sahibkarlar üçün yeni baxış və performans yönümlü İnnovativ Təlimlər...
“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlara müraciət edib. "Qərb Xəbər"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə “Azərişığ”ın “Elektrik şəbəkələrinə elektron qoşulmanın kiçik və orta biznesinin inkişafında...
Ağstafa rayon əhalisi içməli suya olan tələbatını Poylu kəndi və Qazax rayonunun Ağköynək kəndindən su gətirməklə həll edir. “Qərb Xəbər”in məlumatına görə, rayonun su-kanalizasiya təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər 2015-ci ildə yekunlaşdırılıb təhvil verilib....
Qazax rayonunda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. "Qərb Xəbər"in məlumatına görə, buna səbəb güclü külək əsməsi olub. Qeyd edək ki, rayon əksər kəndlərində elektrik xətləri və dirəkləri sonuncu dəfə ötən əsrin...
2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 867,3 min ton buğda istehsal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu göstərici 2019-cu ilə nisbətən 14% azalıb. Hesabat dövründə ölkədə 588,4 min hektar sahədən...
2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 037,6 min ton kartof istehsal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 3,3% artıb. Hesabat dövründə ölkədə 57 hektar...
Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərinə avtobus reyslərinin açılması ilə bağlı işlərə başlanılıb. Bunu Reporta açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
“İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası Sizin tapşırığınıza uyğun olaraq hazırlanıb. Onun hazırlanması və müzakirəsi prosesində iqtisadi şurada bütün rəylər nəzərə alınıb və aidiyyəti üzrə təqdim edilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində...
Prezident İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun”da dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə verginin məbləği Vergi Məcəlləsi əsasında...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb. Bu barədə Nazirlik məlumat yayıb. Markalar 2020-ci ilin iki ən əhəmiyyətli hadisəsi –...
Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.