Noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu dəfn edilib.

Report-un məlumatına görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib.

Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.