“Hazırda ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin yoxlanılması və ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi üzrə iş aparılır”.

Report-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Bu işlərin isə ilin sonuna qədər yekunlaşması gözlənilir”, – o bildirib.