Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Report-un məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə ölən və xəsarət alanlar var.

Hadisə yerinə 5 təcili tibbi yardım avtomobili və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.