Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin xəbərinə, hadisə bu gün səhər saatlarında rayonun Dönük qırıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub. Qəza zamanı Dönük Qırıqlı kənd sakini “VAZ 21011” sürücüsü 59 yaşlı Hüseyn Zeynalov hadisə yerində ölüb. 6 nəfər 23 yaşlı Ayşə Aslanova, 30 yaşlı Sabir Alıyev, 58 yaşlı Rəna Məmmədova, 29 yaşlı Əmrah Həsənov, 49 yaşlı Siyavuş Məmmədov və 24 yaşlı Məzahir Əliyev xəsarət alaraq Tovuz rayonun mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib vəziyyətləri kafidir.