Dünən Tovuzda azyaşlı uşaq arxa düşərək ölüb.

“Qərb Xəbər”in məlumatına görə, rayonun Abulbəyli kəndi ərazisində arxa düşən uşaq boğularaq həlak olub.

3 yaşlı Uğur Qəşəmovun nəşi Əlimərdanlı-Hunanlar yolunda tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. Azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.