Sabah, noyabrın 12-si gündüzdən ölkədə yağmursuz hava şəraiti müşahidə olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, noyabrın 13-ü gün ərzində ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.