Bu gün Zəfər Günü münasibətilə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində canlı musiqinin müşayiət ilə bayram süfrələri təşkil olunub.

“Qərb Xəbər”in məlumatına görə, tədbirə hərbi xidmətdə olanlar, müharibə iştirakçıları və qazilər dəvət olunub.

Bundan əlavə, müharibə iştirakçıları və qazi ailələri ilə yanaşı, təşkilatçılar tərəfindən imkanı zəif olan ailələrə də bayram sovqatı göndərilib.