Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.