Noyabrın 3-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Azərbaycanın rayonlarında Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.