Milli Məclisin bu gün keçirilən plenar iclasında “Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

“Report-un xəbərinə görə, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə attestat da veriləcək. Dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ da veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.