Oktyabrın 29-a gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.