Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 27-də saat 1 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində Bozalqanlı kənd sakini Xaləddin Qüdrətov idarə etdiyi “Niva” markalı avtomobilllə yolu keçən kənd sakini Bədəl Qasımovu vurub.

Nəticədə piyada B.Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.