Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Azərbaycana yola düşüb.

Anadolu agentliyinin xəbərinə görə, bir gün çəkəcək səfər zamanı Ərdoğan Füzuli beynəlxalq hava limanının açılış mərasimində iştirak edəcək.

Füzuli şəhəri 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinin ilk günlərində, oktyabrın 17-də işğaldan azad edilib.

Ərdoğan Füzulidə inşası başa çatmış hava limanına enəcək ilk xarici ölkə başçısıdır.