Azərbaycan Baş prokuroru Kamran Əliyev sabah 15 oktyabr tarixində Gürcüstana səfər edəcək.

“Qərb Xəbər”in məlumatına görə, o, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək.

Tərəflər Azərbaycan və Gürcüstan arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı baş prokurorun Gürcüstanın digər rəsmi şəxsləri ilə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, hazırda baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər Qazaxa gəlib.