Xəbər verdiyimiz kimi, Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərinə raket hücumlarının ildönümü qeyd olunub.

“Qərb Xəbər”in məlumatına görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının və Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə 100-dən artıq QHT təmsilçisi dəvət olunub.

Qeyri-Hökumət Təşkilatları nümayəndələri raket hücumları nəticəsində dağıdılan binaların qalıqlarını ziyarət edib, müharibə cinayətləri qınanılıb.

Tədbirdə Qazax Regional İnkişaf Resursları İctimai Birliyi və “Qərb Xəbər” xəbər portalı da iştirak edib.

Tədbirdən hazırladığımız videoroliki edirik: