Sentyabrın 29-da Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin yuxarı (V-XI) siniflərində, orta ixtisas, peşə təhsili müəssisələrində və universitetlərdə yeni dərs ilinə start verilir.

“Qərb Xəbər”in məlumatına görə, əyani formada həyata keçirilsə də, istisnalar olacaq.

Tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Sentyabrın 22-də orta məktəblərin ibtidai (I-IV) siniflərində dərslər başlayıb.