Növbəti 3 il ərzində əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması dövlət büdcəsində xərclər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.

“Qərb Xəbər”in məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında göstərilib.

Qeyd edilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.