Təhsil Nazirliyi məktəblərin qarşısında yaranacaq sıxlıqlarla bağlı valideynlərə müraciət ünvanlayıb.

“Qərb Xəbər”in məlumatına görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, evlərində koronavirus xəstəsi olan valideynlərin övladlarını məktəbə göndərməməsi ilə bağlı iltizam forması doldurulmalıdır.

“Keçən il bəzi valideynlər koronavirus xəstəsi ola-ola övladını məktəbə göndərirdilər və yoluxma artırdı. Odur ki, valideynləri məsuliyyətli olmağa çağırırıq”, – müşavir qeyd edib.