Gəncədə 17 yaşlı oğlanın meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonu, Hacıkənd qəsəbəsində ağacda aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Eldəniz Həbib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.