Şəmkir rayonunun Könüllü kəndində “Ford” markalı mikroavtobusla minik avtomobili toqquşub.

Report-un məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılardan 1992-ci il təvəllüdlü Vüqar İsmayılov Mirzə oğlu və 1956-cı il təvəllüdlü Piriyeva Xalidə Məcid qızının xəsarəti daha ciddi olub və onlar Gəncə şəhərində yerləşən xəstəxanaya yerləşdiriliblər.

Digər yaralılar isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.