Ağstafanın Aşağı Kəsəmən kəndinin yol problemi həllini tapmır

“Orta məktəblərdə tədris ilinin başlamasına sayılı günlər qalmasına baxmayaraq Aşağı Kəsəmən (Ağstafa rayonu – red.) kəndinin yolları bərbad vəziyyətdədir”.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə “Aşağı Kəsəmən Ağstafa” qrupunda Emin Abdullayev adlı rayon sakini yazıb.

Bildirib ki, kənd sakinləri dəfələrlə Ağstafa rayon İcra Hakimiyyətinə və kənd İcra Nümayəndəsinə müraciət etsələr də, problem həllini tapmayıb.

“Ümumiyyətlə son vaxtlar sosial şəbəkələrdən ümumilikdə Ağstafa rayonu ərazisində əhalinin sosial vəziyyətinin pisləşməsini müşahidə etmək olar. Rayonun bütün kəndlərində içməli və suvarma su problemi, qanunsuz zibilliklər, antisanitariya problemlərinin olduğunu müşahidə etmək olar. Rayonun icra başçısı və kəndlərdəki icra nümayəndələri isə öz kefindədir. Növbəti şikayəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlamaqdan başqa çarə yoxdur” – deyə paylaşıma əlavə edib.