Qazaxın Kosalar kənd sakini Anar Bayramov rayonun Bala Çaylı kəndi ərazisində suda boğulub.

Kən sakinlərinin “Qərb Xəbər”ə verdiyi məlumata görə, göldə batdığı bildirilən 1987-ci il təvəllüdlü rayon sakininin axtarışları istiqamətində işlər davam etdirilir.

Əraziyə təcili yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən xilas edicillər cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.