Son günlər Ağstafa Dəmiryol vağzalının gözləmə zalının alçipanla kəsilməsi əhalinin marağına səbəb olub.

“Qərb Xəbər”in müxbirinin araşdırmasına görə, vağzalda görülən işlər hər hansı kiçik və ya orta sahibkarın əlində deyil.

Araşdırmalar zamanı o da məlum olub ki, bu addım vağzalın gözləmə zalından kənarda yerləşən Referans Klinik Laboratoriya Mərkəzinin fəaliyyət sahəsinin genişləndirilməsi üçün atılıb.

Qeyd edək ki, klinikanın Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun ailəsinə məxsus olduğu bildirilir.