Təhsil Nazirliyi valideynlərə müraciət ünvanlayıb.

Nazirliyin yaydığı məlumata görə, I siniflə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir, qurumun birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.