Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Ağstafa sakinləri internetin sürətindən narazıdır

Ağstafada internetlə bağlı problem yaranıb.

Sakinlərin “Qərb Xəbər”ə verdiyi xəbərə görə, bir zamanlar DATA+, sonradan NARNET, indi isə UNİNET adlanan provayderin xidmət keyfiyyəti aşağı düşüb.

DATA+ ilə müqavilə bağlayan sakinlərdən Fəxrəddin Dolq, Akif Məmmədov və Elşad Məmmədov xidmətdən əvvəllər razı olsalar da, son zamanlar demək olar ki, şirkətə ancaq şikayət məqsədilə telefon açırlar.

Amma şirkətin 012-493-07-07 saylı nömrəsi ilə əlaqə yaratmağa çalışanda zəng texniki şöbəyə yönləndirilir. Onlara gah problem olmadığı, gah da sürətin 10 manatlıq xidmətdən istifadə etdiklərinə aşağı olduğu bildirilir.

Şikayətçilər normal cavab ala bilmirlər.