İyunun 8-də Vətən müharibəsi zamanı şəhid olmuş Fərzəliyev Samiq Misir oğlunun doğum günü qeyd olunub.

“Qərb Xəbər”in məlumatına görə, Samiq Fərzəliyev 1992-ci ilin 8 iyun günü Tovuz rayonun Güvəndik kəndində anadan olub.

Ota məktəbi burada bitirən Samiq uşaqlıqdan hərbiçi olmaq istəyib. Ali təhsil aldıqdan sonra zabitlik kursuna daxil olub öz peşəsinin sirlərinə dərindən yiyələnib.

İkinci Vətən müharibəsi başlayan zaman Samiq də bir an olsun geri durmayıb. Hər zaman ön xətdə irəlləyib, əsgərini döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid Samiq Fərzəliyev “Füzulinin Azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ailəli idi. Samiqə adlı qızı var.