Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Külək Şəmkirdə qaz təsərrüfatına ziyan vurub – Video

Şəmkir rayonunun Seyfəli kəndi, Morul deyilən ərazi, Kiraz yolu, Könüllü kəndində qaz təsərrüfatında problemlər yaranıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, buna güclü külək və normadan artıq yağıntının düşməsi səbəb olub.

Bildirilib ki, qaz təsərrüfatına xeyli ziyan dəyib. Regiondakı bütün təmir-tikinti qüvvələri hadisə yerinə cəlb edilib. Tezliklə təbii qaz təminatı ilə bağlı çətinliklər aradan qaldırılacaq.