Tovuz rayonunda avtomobil körpüdən aşaraq çaya düşüb.

Reportun məlumatına görə, hadisə rayonun Ağbaşlar kənd ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ- 21015” markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb. Qəza zamanı avtomobildə bir neçə nəfər olub.

Onlardan Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Namiq Alıyevin xəsarəti daha ciddi olub və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.