Bakı-Qazax avtomobil yolunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.

Reportun məlumatına görə, xəsarət alanlar – Qazax rayon sakinləri, İbrahimxəlilova Nuranə Hacıməmməd qızı, İbrahimxəlilova Mehriban Tahir qızı, İbrahimxəlilova Pənah Mehman oğlu, İbrahimxəlilov Yusif Tahir oğlu, İbrahimxəlilova Əfsanə Eldar qızı, İbrahimxəlilova Mədinə Mehman qızı. Qəza nəticəsində daha 2 nəfər və sürücü xəsarət alıb.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qazax rayon Aslanbəyli kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıda- Qazax xətt üzrə işləyən “Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman anidən avtomobilin təkəri partlayıb və idarəetmədən çıxaraq aşıb. Xəsarət alan və bir ailənin üzvləri olanlar isə rayonun Kəmərli kəndinə gedirmişlər.