Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iyunun 1-də “Nazim” MMC-yə məxsus mərkəzi bazarda olub, sakinlərlə səmimi söhbət edib.

“Göyəzən”in xəbərinə görə, mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti və qiymətləri ilə maraqlanıb.

Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu vurğulayıb.

Bundan əlavə, icra başçısı qeyd edilən məsələlərlə bağlı bazar rəhbərliyinə iradlarını bildirib və mövcud problemlərin qısa vaxtda aradan qaldırılması istiqamətində tapşırıqlar verib.