İyunun 17-də Gənclərin Töhfəsi İctimai Birliyinin Aran regional ofisi və Şirvan şəhər YAP Gənclər Birliyi gənc ailələr və gənclər üçün “Gənclərin İnkişafa Yeni Baxış Modeli” adlı onlayn təlim proqramı həyata keçirilib.

Təlim Şirvan şəhər Gənclər Təşkilatının sədri, Şirvan şəhər YAP Gənclər Birliyinin idarə fəal üzvü, beynəlxalq layihələrin iştirakçısı, yerli və beynəlxaq təşkilatların, ( Avropa İttifaqı, Unicef, BP, Gənclər Fondu. və.s) icra etdiyi layihələrin əməkdaşı və hal hazırda, Gənclərin Töhfəsi İctimai Birliyinin icraçılığı, Unicef-in Azərbaycandakı tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən, “Erkən Uşaqlıq Dövründə İnkişaf layihəsində” Gənclərin Töhfəsi İctimai Birliyinin Aran Regional Ofisinin rəhbəri, “EUDİ”- layihəsinin koordinatoru Amin Quliyev tərəfindən həyata keçirilib.

Təlimin gedişatında gənclərin sağlam inkişaf
etməsinə mane olan xronafaqlar və vaxtyeyənləri həyatımızdan kənar tutmaq, gənc ailələrin ailədə olan “0-8” yaşlı uşaqların sağlam inkişaf etməsi, psixoloji sarsıntılarsız böyüməsi, valideynlərin uşaqlar ilə düzgün rəftarı, ailə daxilində olan münaqişə və mübahisələrin uşaqın psixologiyasina travma olacağının mühüm amillərdən olduğunu bildirib. Yeniyetmə və azyaşlıların sağlam həyata inteqrasiya olunmasına düzgün dəstək olaraq təhsil və səhhətində olan ən xırda məqamlara belə diqqət etməyin vacib amillərdən olduğunu təlimçi qeyd edib.

Təlim Şirvan şəhər, Abşeron rayonu, Tovuz rayonu, İsmayilli rayonu, Gəncə şəhərindən olan gənclərin və gənc ailələrin iştirakı ilə baş tutub.

Təlimin yekununda iştirakçılarına Gənclərin Töhfəsi İctimai Birliyinin rəsmi sertifikatları təqdim olunub.