Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakinləri su problemi problemindən əziyyət çəkirlər.

“Qərb Xəbər”in məlumatına görə, içməli su əldə etmək üçün sakinlər məsafədən vedrə ilə su daşıyırlar.

İsti yay günlərində arxlar quruyub, sakinlər həyətyanı əkin sahələrini suvara bilmirlər.

Kənd sakinləri dəfələrlə Ağstafa rayon İcra Hakimiyyətinə və rayon su idarəsinə müraciət etsələr də, problem həllini tapmayıb.

Qeyd edək ki, bu barədə yaxın günlərdə televiziya kanallarında video sujet də təqdim olunub. Çarəsiz qalan sakinlər yaxın günlərdə Prezident İlham Əliyevə videomüraciət hazırlamaq istəyirlər.