Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 302,8 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,3% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2,1 dəfə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 86,9%, tikinti gipsinin istehsalı 43,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 42,3%, tikinti əhənginin istehsalı 36,1%, sementin istehsalı 11,4%, tikinti kərpicinin istehsalı 7,6% artıb, asfaltın istehsalı isə 78,5% azalıb.

Tikinti materiallarının istehsalı sahәsindә әsas mәhsul növlәrinin buraxılışı:

Mәhsul növlәri2021-ci ilin yanvar-may aylarında istehsal edilibӘvvәlki ilə nisbәtәn, faizlә
Sement, min ton1 393,5111,4
Tikinti gipsi, min ton9,3143,1
ondan әmtәәlik9,3143,1
Tikinti әhәngi, min ton14,7136,1
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton28,42,1 d.
Betondan yığma tikinti konstruksiyaları, min kub metr12,574,4
Asfalt, min ton12,621,5
Tikinti kәrpici, min kubmetr205,6107,6
Hörmә üçün hazır beton qarışığı, min ton972,7142,3
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton14 121,7186,9