Ağstafa rayonunda son zəng günü məzunlar arasında bıçaqlanma hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, Muğanlı kənd orta məktəbinin məzunu, 2004-cü il təvəllüdlü Zeynallı Orxan Mirtalib oğlu bıçaqla sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb.

Orxan Zeynallı Ağstafa rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.