Bir ildən çoxdur ki, Azərbaycanda toylar qadağan edilib. Bəs, bu qadağa heyvan bazarına necə təsir edir?

“Qərb Xəbər”in əməkdaşı Qazax heyvan bazarında olub qiymətlərlə maraqlanıb.

Nəticə belədir ki, heyvan qiymətlərində ucuzlaşma müşahi olunur. Söhbət diri çəkisi ilə satılan heyvanlardan gedir. Qabaqlar 11, 13 manat arasında dəyişən xırda heyvan ətinin qiyməti indi 10 manatdan da aşağı qiymətə düşə bilir.

Çəkisi çox olan iribuynuzlu heyvanların satışı daha sərfəli hesab olunur, çünki qiymət aşağı olsa da, çəkidə qazandıra bilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində verilən qərarlar əsasında bir çox məhdudiyyətlər aradan qaldırılsa da, toylar hələ də qadağandır.