Bakı Hərbi Məhkəməsində birinci Qarabağ nüharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qərb Xəbər”in məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Daha sonra zərərçəkmiş şəxslər dindirilib.