Ağstafa rayonu Köçəsgər kəndində isgəndərovlar ailəsi kimliyi bilinməyən şəxs və ya şəxslərin hədəfinə çevrilib.

“Qərb Xəbər”in məlumatına görə, ailənin yaşadığı evin həyətinə təhdid dolu məktublar atıblar.

Ailənin 26 yaşlı gəlininə hinin qarşısında tərkibi məlum olmayan iynə vurulub.

Hadisə ilə bağlı DİN-in 102 çağrı mərkəzinə məlumat verilib.

Zərərçəkənə xəstəxanada tibbi yardım göstərilib, iynənin tərkibini öyrənmək üçün qanından analiz götürülüb.

Az öncə kənddə bir yaşlı qadın evində öldürülməsi barədə məlumat vermişdik. Ailə və kənd sakinləri qorxu içində yaşadıqlarını bildiriblər.