Ağstafa rayonunun Köçəsgər kəndində şəhidlərin xatirəsi əbədiləşdirilir.

“Qərb Xəbər”in məlumatına görə, kənddə şəhidlərin anım yeri təmir olunub, qarşısında bulaq inşa edilir.

Kənd yolunda isə 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin və iyul şəhidinin xatirəsinə anım lövhəsi quraşdırılıb.

Bu təşəbbüs Rusiyada yaşayan kənd sakinin yardımı ilə həyata keçirilib.