Photo of the Remarkables mountain range in Queenstown, New Zealand.

Türkiyənin Baş Prokuroru: “Azərbaycana hüquqi sahədə köməklik göstərəcəyik”

Türkiyə Ermənistanın törətdiyi terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hər cür hüquqi yardım göstərəcək.

APA-nın məlumatına görə, bunu Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin deyib.

B. Şahin bildirib ki, Azərbaycanın prokurorluq orqanları tərəfindən terrorla bağlı lazımı dəlillər toplanacaq və beynəlxalq məhkəmələrə veriləcək: “Türkiyə bu məsələdə hüquqi yardım olaraq hər cür məsləhətlər verəcək, Azərbaycana hüquqi sahədə əlimizdən gələn köməkliyi göstərəcəyik”.