Tovuzda bu ilin yanvar ayından başlayan vaksinasiya prosesi davam edir.

“Qərb Xəbər”in əldə etdiyi məlumatına görə, indiyədə 40 mindən çox vətəndaş vaksinasiya prosesində iştirak edib. Heç bir problem yaşanmayıb.

Məlumata görə, son günlər axın daha da artıb. Bu da onunla bağlıdıdır ki, mayın 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış vətəndaşların vaksinasiyaya qatılmasına qərar verilib.