1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Ötən ilin 27 sentyabrından bu günə qədər Azərbaycanda 91 şəhid övladı dünyaya gəlib. Onlardan 72-sinin ilkin xərcləri üçün anasının hesabına 1000 manat vəsait köçürülüb, 38-nin isə adına 5 000 manatlıq hesab açılıb.

Azərbaycanın gələcəyi olan şəhid övladları qəhrəman atalarının qanı bahasına 30 illik həsrətin zəfər fidanları olaraq başı dik böyüyəcəklər.

Qeyd edək ki, “YAŞAT” Fondunun şəhid övladları üçün “Onlar bizə əmanət!” adlı layihəsi başlayıb. Layihə çərçivəsində şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

“Qərb Xəbər” sentyabrın 27-dən indiyədək dünyaya gələn şəhid övladlarının bir qisminin fotolarını təqdim edir: