Çox qədim dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə, mədəniyyətə sahib olan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində böyük dövlətlər yaratmış və bu dövlətlərin bəşər tarixində xüsusi yeri olmuşdur. Albaniya, Atropatena, Səfəvilər, Əfşarlar və digər tarixi Azərbaycan dövlətlərinin tarixinə nəzər saldıqda onların hər birinin qalibiyyətlə nəticələnən zəfər yürüşləri apardığını görə bilərik.

Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində qələbəmiz daha inamlı oldu. 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzaladı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, Paşinyan hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.

Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir. 44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq.

İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə, heç vaxt Qələbə qazana bilməzsən. Azərbaycan xalqı 44 günlük vətən müharibəsində milli birlik nümayiş etdirdi. Uşaqdan böyüyə hər kəs “Qarabağ Azərbaycandır!” deyərək orduya dəstək göstərirdi.

Artıq münaqişə bitib. Azərbaycan qalib ölkə oldu. Erməni mifologiyası məhv edildi. Gələcəkdə baş verə biləcək bütün təxribatlara adekvat cavab veriləcəkdir.

Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı.

Ermənistan bir daha Azərbaycan ilə müharibə aparmaq iqtidarında deyil. Əgər buna cəhd göstərsə dünyanın siyasi xəritəsindən “Ermənistan”nın adı tamamilə silinəcək!

Anar Salehoğlu,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi