Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur.

“Qərb Xəbər”in məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.

Onun sözlərinə görə, eyni zamanda, Bakı metrosu mayın 31-dən fəaliyyətini bərpa edəcək.