Azərbaycan ərazisində sabaha gözlənilən hava şəraiti açıqalanıb.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, mayın 25-də rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.