Bərdə rayonunda regionda qadınlara qarşı stereotiplərin qırılması və gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai həyatda sosial aktivliyi, onların şəxsi karyerası istiqamətində özlərini inkişaf etdirmələri üçün İKT bacarıqlarının artırılması, gender bərabərliyi, qadın liderliyi, məişət zorakılığının qarşısının alınması məqsədilə yaradılan “Qadın Klubu” layihəsinin icrası davam edir.

Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq, layihə region qadınları arasında böyük rəğbət qazanıb. Digər fəaliyyətlərlə yanaşı, zorakılıq halları ilə üzləşən və kömək axtaran qadınlar üçün hüquqi və psixoloji yardımın təşkil edilməsi də layihə çərçivəsində əsas prioritetlərdəndir.

Layihə çərçivəsində göstərilən xidmətlərə daxildir:

  • qadınlara kompüter biliklərinin verilməsi,
  • qadınların sosiallaşdırılması və aktivləşdirilməsi üçün müxtəlif mövzulu təlimlərin keçirilməsi (genderlə bağlı mövzular üzrə),
  • şəxsi inkişaf və özünü tanıma və özgüvən mövzulu təlimlərin təşkili,
  • qadınlara hüquqi yardım xidmətinin göstərilməsi,
  • İKT sahəsində texniki (məsələn, online dərs keçmək və s.) və resurs (kompüter, internet, printerdən istifadə və s.) çətinliyi ilə üzləşən qadınlara dəstəyin göstərilməsi,
  • qadınların asudə vaxtlarını səmərəli keçirmələri üçün rəqs, şahmat, voleybol, piknik və müsabiqələr (kulinariya, əl işləri), sərgilər təşkil edilməsi,
  • qarabağ konflikti mövzusunda müzakirələrin təşkili (qadınların sülhquruculuğu prosesinə cəlb edilməsi məqsədilə belə müzakirələrin təşkili vacib amil sayıla bilər),
  • qadınlara qrup terapiyası ilə psixoloji yardımın göstərilməsi.

Xatırladaq ki, Qadın Klubu layihəsi 2021-ci ilin Yanvar ayından etibarən fəaliyyətə başlayıb.

Qeyd edək ki, “Bərdə Qadın Klubu” layihəsi Azərbaycan Qadın Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

WhatsApp Image 2021-05-24 at 9.25.04 AM
WhatsApp Image 2021-05-24 at 9.26.13 AM
WhatsApp Image 2021-05-24 at 9.31.41 AM (1)
WhatsApp Image 2021-05-24 at 9.31.41 AM